11-ci siniflərimiz ASAN xidmətin tədbirində iştirak etmişdir

Bakı şəhəri T.İsgəndərov adına 142 saylı tam orta məktəbin 11b sinif şagirdləri Sabunçu Rayon İcra Hakimiyyətinin və ASAN könüllülərin təşkilatının birgə keçirtdikləri 8 və 9 sentyabr 2015 – ci il tarixlərindəki tədbirdə iştirak etmişlər. “Könüllülərin Yurdu – Azərbaycan” layihəsi çərçivəsində keçirilən təlimlər 11b sinif şagirdləri: Qüdrətova Rasimə Qurbanlı Fidan Qasımova Fatimə İmanova Həyat Quliyeva Ülkər Məmmədov Elşən Soltanov Rahim Məmmədov Tural Qurbanov Əlisahib Əhmədli Sənan, fəal iştirak etmişlər. 1 – ci gün tədbir iştirakçıları 87 saylı məktəbdə təlim keçmişlər. ASAN xidmətin iş prinsipi ilə tanış olmuş, binanı gəzmişlər. Tədbirin 2 – ci günü tədbir iştirakçıları Bilgəh qəsəbəsindəki əmək və müharibə veteranları ponsionatında kimsəsiz qocalarla görüşmüş, onlara hədiyyə təqdim etmişlər. Tədbir iştirakçıları onlarla söhbət etmiş, rəqs etmiş, onları darıxmağa qoymamışlar. Tədbirin sonunda iştirakçılar sertifakatla təltif olmuşlar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi