Məktəbdə psixoloji xidmətin təşkilinə dair monitorinq keçirildi

26.04.2017-ci il tarixində Sabunçu rayonu Telman İsgəndərov adına 142 nömrəli tam orta məktəbdə Fəaliyyət Planına uyğun olaraq Məktəbdə psixoloji xidmətin təşkilinə dair monitorinq keçirildi. Monitorinq zamanı I siniflərdə uşağın sosial keyfiyyətlərini, ümumi məlumatlılıq səviyyəsini, müqayisə etmək bacarığını, nitqinin inkişafına və məktəbə münasibətini, funksional və intellektual hazırlığını öyrənmək məqsədilə psixodiaqnostik iş aparıldı. Diqqətin davamlılığı və keçirilməsini müəyyənləşdirmək məqsədilə "şifrələmə", D.B. Elkoninin metodikası ilə qrup şəklində test aparıldı. Məktəbə yeni təyin olunmuş psixoloq Tünzalə İsayevanın keçirdiyi testlərə şagirdlər maraqla cavab verdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi