Son zəng - 2015

30 may 2015 - ci il tarixində Sabunçu rayonu Telman İsgəndərov adına 142 saylı tam orta məktəbdə 2014 - 2015 - ci dərs ilinin "Son zəng" tədbiri olmuşdur. Tədbirdə şəhid ailələri, əvvəlki illərin məzunları, valideynlər iştirak etmişlər. Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikasının Əməkdar müəllimi Gülnaz Abdullayeva qonaqları, şagirdləri salamlamış və dərs ilində məktəbin qazandığı uğurlardan bəhs etmişdir. Təhsildə uğur qazanan bir qrup şagirdlərə Fəxri diplomlar təqdim edilmişdir. Məktəbi 10 il əvvəl bitirmiş, hazırda müxtəlif vəzifələrdə çalışan məzunların çıxışları maraqla qarşılanmışdır. Tədbirdə 1 - cilər çıxış edərək 11 - ciləri təbrik etmişlər. 11 - cilər mahnı oxumuş, rəqs etmişlər. Çıxış edənlər təhsilə göstərdiyi qayğıya görə ulu öndər Heydər Əliyevə, hazırda Azərbaycan Resxpublikasının Prezidenti İlham Əliyevə, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildirmişlər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi