"Aprel döyüşləri - zəfər salnaməsi" adlı tədbir keçirildi

Bu gün Sabunçu rayonu Telman İsgəndərov adına 142 nömrəli tam orta məktəbdə Aprel döyüşlərinə həsr olunmuş "Aprel döyüşləri - zəfər salnaməsi" adlı tədbir keçirildi. Tədbirdə Aprel döyüşləri zamanı həlak olmuş Mayor Rasim Əbdül oğlu Məmmədovun həyat yoldaşı Aygün Məmmədova iştirak etdi. Məktəbin şagirdləri vətənpərvərliyə aid şeirlər söyləyib mahnılar oxudular. 7v sinif şagirdlərinin göstərdiyi səhnəcik hamının xoşuna gəldi. Tədbirin sonunda Şəhid Rasim Məmmədovun həyat yoldaşı Aygün Məmmədova çıxış edərək Rasim Məmmədov haqqında xatirələrini söylədi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi