Təhsil Nazirliyinin keçirdiyi təlim kursları başa çatmışdır.

Azərbaycan Respublikası Təhsil Nazirliyi "Təhsildə İnnovativ Texnologiyalar" Əlavə Təhsil Mərkəzi ilə birlikdə Bakı şəhəri üzrə məktəb rəhbərləri üçün "İnteraktiv texnologiyalardan istifadə və eıektron məzmundan istifadə" sahəsində baza biliklərinə yiyələnmək məqsədilə 5 həftəlik təlim kursları keçirmişdir. Təlimlərin sonunda dinləyicilər həm nəzəri biliklərdən, həm də praktik məşğələlərdən imtahan vermişlər. Yüksək nəticə göstərənlərə Təhsil Nazirliyi tərəfindən qiymətli hədiyyələr verilmişdir. 142 saylı məktəbin direktoru, Azərbaycan Respublikasının Əməkdar müəllimi Gülnaz Abdullayeva Təhsil Nazirliyi tərəfindən notebook - la təltif edilmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi