Mart ayı - Alternativ enerji aylığıdır

2016/2017-ci tədris ilinin yanvar ayından etibarən "Təhsili Dəyərə Çevirək" devizi altında "Ekologiya və Sağlamlıq" istiqamətində "Ekoloji aylıqlar" layihəsinə start verilmişdir. Mart ayı "Alternativ enerji" aylığı kimi müəyyən olunmuşdur. Sabunçu rayonu Telman İsgəndərov adına 142 nömrəli tam orta məktəbdə bu istiqamətdə silsilə tədbirlər davam etdirilir. Bu gün fizika müəllimi Səadət Mehdiquliyevanın iştirakı ilə 10a sinfində şagirdlərin təqdimatı keçirildi. Təqdimatda məqsəd şagirdlərə külək, günəş, su vasitəsilə enerjinin alınmasını əyani göstərmək idi. Şagirdlər sinif otağında təqdimat nümayiş etdirdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi