Nağıyev Həmidağa Rəşid oğluna həsr edilmiş tədbir keçirildi

Mart ayında dünyaya gəldi, mart ayında şəhid oldu. Nağıyev Həmidağa Rəşid oğlu 1995-ci il martın 4-də Tovuzun Əlibəyli kəndində gedən döyüşlər zamanı qəhrəmanlıqla vuruşmuş və həlak olmuşdur. Ölümündən sonra ona "İgidliyə görə" medalı verilmişdir. Bu gün onun doğum günüdür. Bu münasibətlə onun oxuduğu Sabunçu rayonu Telman İsgəndərov adına 142 nömrəli tam orta məktəbdə tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə məktəbin direktoru Gülnaz Abdullayeva açaraq qonaqları salamlamışdır. Tədbirdə məktəbin müəllimi Novruzova Bənövşənin Həmidağa Nağıyevin həyat və döyüş yolunu əks etdirən slayd nümayiş etdirilmişdir. Şagirdlər şeirlər söyləmiş, mahnılar oxumuşlar. Tədbirin sonunda şəhidin anası Qənirə Nağıyeva çıxış edərək bu tədbirin hazırlanmasında zəhməti olan hər bir kəsə öz dərin minnətdarlığını bildirmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi