Hazırlıq qrupunun məşğələləri müvəffəqiyyətlə davam edir

Sabunçu rayonu Telman İsgəndərov adına 142 nömrəli tam orta məktəbdə məktəbə hazırlıq qrupunun məşğələləri müvəffəqiyyətlə davam edir. Məktəb rəhbərliyi tərəfindən bu qrupların fəaliyyəti xüsusi diqqətdə saxlanılır. Burada şagirdlərə ətraf aləmlə tanışlıq, savad təliminə hazırlıq yönündə məşğələlər keçirilir. Şagirdlərin nitq, bədii, məntiqi və riyazi təfəkkürünün inkişafına xüsusi diqqət göstərilir. Fiziki mədəniyyət dərslərində şagirdlərin bədən-kinestetik intellektinin inkişafına xüsusi önəm verilir. Şagirdlərin məktəbə fiziki, intellektual və psixoloji cəhətdən hazırlanmasında Məhəbbət Hüseynovanın böyük əməyi vardır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi