Ümummilli lider Heydər Əliyevin 101 illiyinə həsr olunmuş intellektual yarış

10.05.2024-cü ildə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 142 N°li tam orta məktəbdə biologiya müəllimi Əhmədov Elməddinin təşkilatçılığı ilə 5-ci sinif şagirdləri arasında Ümummilli lider Heydər Əliyevin 101 illiyinə həsr olunmuş intellektual yarışma keçirildi. Yarışmada məktəbin direktor əvəzi Təhminə Mahmudova, təlim-tərbiyə işləri üzrə direktor müavini Şəhla Əmirova,məktəbin psixoloqu Gülsarə Hüseynova, sosial pedaqoq Rəsmiyyə Quliyeva və Uşaq Birliyi təşkilatın rəhbəri Mehriban Ağayeva iştirak edirdilər. Yarışmadan öncə Ulu Öndər Heydər Əliyevin xatirəsi 1 dəqiqəlik sükutla anıldı və Təhminə Mahmudovanın şagirdlərə uğurlar arzulaması ilə yarışma başlandı.Yarışmada Ümummilli lider Heydər Əliyevin həyatına və yaradıcılığına, eləcə də müxtəlif sahələrdə gördüyü işlərə aid olmaqla bir-birindən müxtəlif suallar şagirdlərə verildi. Maraqlı keçən yarışma sonunda toplanmış xalların cəminə görə 5b sinfi qalib gəldi.5a sinfi 2-ci və 5d sinfi 3-cü oldu.Yarışma sonunda siniflər fəxri fərman, diplom və təşəkkürnamələrlə təltif olundular.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi