Riyaziyyat gecəsi

Telman İsgəndərov adına 142 N_li tam orta məktəbin IV sinif şagirdləri "Riyaziyyat gecəsi" nə həsr olunmuş tədbir təşkil olundu.Tədbir Azərbaycan Respublikasının Dövlət himni ilə başlandı.Tədbirdə aparıcılar riyaziyyatın insan həyatında önəmi barədə müxtəlif fikirlər səsləndirdilər.Dördüncülər riyaziyyatın əlifbası rəqəmlər olduğu üçün "Rəqəmlərin mübahisəsi"səhnəsini təqdim etdilər."Riyaziyyat nə üçün lazımdır?" sualına cavab verə bilmək üçün "Riyaziyyatın vacibliyi" haqqında maraqlı çıxışlar etdilər."Nəsrəddin Tusi və bostançı" səhnəsi nümayiş etdirildi.Riyaziyyata aid bəstələdikləri mahnını söylədilər."Müəllim və şagird"haqqında maraqlı səhnəcik göstərildi.Müstəvi və fəza fiqurları haqqında məlumatlar verilərək "Tapın görüm mən hansı fiquram?" oyunu oynanıldı.Riyaziyyatçılar haqqında məlumatlar verdilər."Azərbaycan "mahnısını səsləndirdilər.

Tədbirin sonunda isə söz məktəb rəhbərliyinə verildi.Rəhbərlik şagirdləri və müəllimlərini təbrik edərək onlara öz təşəkkürlərini bildirdilər.Sinif rəhbərlərinə diplomlar təqdim edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi