"Dəyərlərimizi qoruyaq "

_Bakı şəhəri üzrə Təhsil idarəsinin 28.02.2024-cü il tarixli 3-29-59/3-2-10F nömrəli əmrinə əsasən "Dəyərlərimizi qoruyaq " layihəsinin icrası ilə əlaqədar tədbirlər planına uyğun olaraq 2 " c " sinfində sinif rəhbəri Camalova Aygün Əyyub qızı tərəfindən keçirilən " Milli - mənəvi dəyərlərimizi qoruyaq və yaşadaq ! " mövzusunda nümunəvi dərsi izlənildi.Dərsdə müəllim şagirdlərə zəngin milli-mənəvi dəyərlərimiz haqqında məlumat verdi.Bu məlumatlar içərisində qədim milli xalçalarımız, miniatür sənətimiz, Novruz adətləri və Qarabağ atlarının şöhrətli barədə danışdı.Yuxarıda danışılan mövzulara uyğun olaraq şagirdlər şeirlər söylədilər, topladığı məlumatların təqdimatını etdilər.Müəllim ilə birlikdə hazırladıqları divar qəzetlətini nümayiş etdilər.Müəllim Camalova Aygün Ulu Öndər Heydər Əliyevin milli - mənəvi dəyərlərimiz haqqında söylədiyi sözləri xatırlatdı . " Milli dəyərləri olmayan millət , həqiqi millət, həqiqi xalq ola bilməz...Biz heç vaxt öz milli dəyərlərimizi unutmamalıyıq.Onu yaşatmaq,ondan bəhrələnmək,ruhlanmaq onun əsas istiqaməti,gələcək işlərimizin zəmanətidir ! ". Nəticə olaraq, "Milli - mənəvi dəyərlərimizi qoruyaq və yaşadaq mövzusunda keçirilən nümunəvi dərslər öyrəncilərə milli - mənəvi dəyərlərlə bağlı məsuliyyət və anlayışlarını inkişaf etdirməyə kömək edir.Belə dərslər öyrəncilərin daha məsuliyyətli,mədəni və dəyərli insanlar kimi yetişmələrinə kömək edir və milli - mənəvi dəyərlərimizin inkişafına töhfədir._

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi