"Yaşıl dünya naminə həmrəylik ili"

29 mart 2024-cü ildə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 142 N°li tam orta məktəbdə biologiya müəllimi Əhmədov Elməddinin təşkilatçılığı ilə "Yaşıl dünya naminə həmrəylik ili" adlı tədbir keçirildi.5-ci sinif şagirdləri üçün keçirilməsi nəzərdə tutulmuş tədbirdə Əhmədov Elməddin tərəfindən iqlim dəyişmələrindən, istixana effektindən, tullantıların təkrar emalından, təbii sərvətlərdən səmərəli istifadəsindən və ətraf mühitin mühafizəsi üzrə son illərdə dünya ölkələrində görülən işlərdən məlumat verildi.

Tədbirdə iştirak edən məktəbin psixoloqu Gülsarə Hüseynova ətraf mühitin mühafizəsi üzrə görülən işlərin insan həyatında nə qədər vacib olması ilə bağlı psixoloji əsaslandırmanı şagirdlərin diqqətinə çatdırdı.

Tədbirin keçirilməsində məqsəd "COP29" anlayışını izah etmək, təbiətin qorunması üzrə şagirdləri bu məsələ ətrafında düşündürmək və "təbiətə zərər vurmaq, əslində özümüzə zərər vurmaq deməkdir" şüarı üzrə maarifləndirmək idi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi