"Öz balaca dünyam var"

29.03.2024-cü il tarixində Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 142 nömrəli tam orta məktəbdə psixoloq Gülsarə Hüseynovanın təşkilatçılığı ilə "Öz balaca dünyam var" adlı VI və VII siniflər arasında hekayə müsabiqəsi keçirildi.Müsabiqədə məktəbin direktor əvəzi Təhminə Mahmudova, sosial-pedaqoq Rəsmiyyə Quliyeva, uşaq birliyi təşkilatı rəhbəri Mehriban Ağayeva və kitabxana müdiri Nuranə Qulamova iştirak edirdilər. Müsabiqədə fəallığı ilə seçilən şagirdlər bir-birindən maraqlı və düşündürücü hekayələr söylədilər.Onların söylədikləri hekayələrdə təfəkkürün növlərinə,həyatda baş verən hadisələrlə yaratdılmış inteqrasiyaya,mənəvi və tərbiyəvi məsələlərin necə öz əksini tapmasına və ən əsas da hekayənin ideyasına diqqət yetirildi.

Müsabiqənin keçirilməsində məqsəd, şagirdlərin şərh etmək, təhlil etmək və natiqlik bacarığını inkişaf etdirmək, dünyagörüşlərini zənginləşdirmək və onların həyata baxışları üzrə maraqlarını müəyyənləşdirməkdir. Müsabiqənin sonunda fərqlənmiş və fəal iştirak etmiş şagirdlər diplomlarla və təşəkkürnamələrlə təltif olundular.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi