Pİ günü

Bakı şəhəri Sabunçu rayonu Telman İsgəndərov adına 142 nömrəli tam orta məktəbdə Pİ Günü qeyd edildi.

Bu gün məşhur pi sabitinin şərəfinə hər il 14 martda qeyd olunur. Bunun səbəbi isə Amerikan tarix formatında bu günün 3/14 kimi yazılması və bunun pinin təqribən aldığı ədədə oxşamasıdır.Pi Gününün ilk rəsmi və ya kütləvi qeyd olunması Larri Şou və digər işçilər ilə 1988-də, Şounun fizik olaraq işlədiyi San Fransisko Eksploratoriumda həyata keçirilib.

12 mart 2009-cu ildə ABŞ Nümayəndələr Məclisi 14 mart 2009 tarixini Beynəlxalq Pi Günü elan etdi.

Ənənəvi olaraq 8-ci siniflər arasında riyaziyyat müəllimləri H.Aygün, Ə.Fatimə,Ə.Günelin təşkilatçılığı ilə yarış təşkil olunmuş,qaliblər kubok və medallarla təltif olunmuşdur. 8a sinfi 1ci yerə, 8c sinfi 2ci yerə,8d sinfi isə 3cü yerə çıxmışlar. 8ç və 8b sinifləri fəal iştiraklarına görə Fəxri Fərmanla təltif olundular.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi