"Rəqəmsal Gələcəyə Addım 2023"

2023-2024-cü tədris ilində həyata keçirilən Kod Saatı: "Rəqəmsal Gələcəyə Addım 2023" müsabiqəsinə ümumi təhsil məktəblərinin 5-9-cu siniflər üzrə 28 157 şagird qoşulmuşdur. Il mərhələyə keçən 4 min şagirddən 132 nəfəri finala vəsiqə qazanmışdır.

Məktəbimizin İnformatika müəllimi Tağıyeva Nərgizin dəstəyi ilə 6a sinif şagirdi Həsənli Nərmin də finalda iştirak etmiş, sertifikatla mükafatlandırılmışdır.

Emin Əmrullayev: "Ötən gün 28 min şagirdi əhatə edən “Kod saatı: rəqəmsal gələcəyə addım” müsabiqəsinin qalibləri mükafatlandırıldı. Müsabiqə məktəblilər arasında kompüter elmləri və proqramlaşdırmanı təbliğ etmək, gənc nəslin bu sahəyə marağını artırmaq məqsədini daşıyır. Qalibləri təbrik edir, onlara uğurlar arzulayıram."

Məktəbimiz adından finalçımızı təbrik edir, proqramlaşdırma sahəsində uğurlarının davamını diləyirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi