"Dəyərlərimizi qoruyaq!"

Bakı şəhəri üzrə Təhsil İdarəsinin28.02.2024-cu il tarixli 3-29-59/3-2-10 F nömrəli əmrinə əsasən "Dəyərlərimizi qoruyaq!" layihəsinin icrası ilə bağlı tədbirlər planına uyğun olaraq,Sabunçu rayonu Bilgəh qəsəbəsi Telman İsgəndərov adına 142 nömrəli orta məktəbin 4b sinfində sinif rəhbəri Ələkbərova Gülnar müəllimin "Milli-mənəvi dəyərlərimiz"mövzusunda təqdimat dərsi izlənildi.Dərs Azərbaycan Respublikasının Dövlət himni ilə başlanıldı.Mövzu ilə bağlı hazırlanmış slaydlar nümayiş olundu.Müzakirələr aparıldı.Şagirdlər qrup şəklində araşdırmaları nəticəsində əldə etdikləri mövzuların təqdimatlarını etdilər."Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz"mövzusunda video təqdimat nümayiş etdirildi.Şagirdlər bayatı,layla,atalar sözləri söylədilər.Ana dilimizin milli-mənəvi sərvətimiz olduğunu vurğulayaraq "Şirin dil mahnısını səsləndirdilər.Sonda isə müəllim- Ələkbərova Gülnar bildirdi ki,xalqımızın mənəvi dünyasını zənginləşdirən,mədəniyyətimizi ucaldan,birliyimizi təmin edən milli-mənəvi dəyərlərimizi qoruyub saxlamaq hər birimizin müqəddəs borcudur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi