Sertifikasiyada iştirak edəcək müəllimlərlə dəyirmi stol keçirildi

Bakı şəhəri Sabunçu rayonu T. İsgəndərov adına 142 nömrəli tam orta məktəbdə  27 fevral  2024-cü il tarixində sertifikasiyada iştirak edəcək riyaziyyat və ingilis dili müəllimlərilə məktəbin direktor vəzifəsini icra edən Təhminə Mahmudova görüş keçirdi. Məktəbin direktor vəzifəsini icra edən Mahmudova Təhminə öz çıxışında təhsilverənlərin sertifikatlaşdırılmasında əsas məqsəd müəllimlərin peşəkarlıq səviyyələrini yoxlamaq, onların peşəkar inkişafına nail olmaqdan ibarət olduğunu bildirdi. Görüşdə sertifikatlaşdırma prosesi ilə bağlı fikir mübadiləsi aparıldı və müəllimləri maraqlandıran suallar cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi