"26 fevral- Xocalı faciəsi və Milli Matəm günü"

26.02.2024 tarixində Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 142 N°li tam orta məktəbin 5ª sinfində sinif rəhbəri Elməddin Əhmədovun təşkilatçılığı altında "26 fevral- Xocalı faciəsi və Milli Matəm günü"nün 32 illiyinə həsr olunmuş tədbir keçirildi.Şagirdlərə həmin faciənin dəhşətləri və erməni vəhşiliyi barəsində məlumat verildi.Şagirdlər tərəfindən çəkilmiş müxtəlif rəsmlərlə və söylədikləri şeirlərlə Xocalı faciəsi qurbanlarının xatirəsi dərin ehtiram hissilə anıldı.....1992 -ci il fevralın 25-dən 26- na keçən gecə erməni silahlı qüvvələrinin 366-cı motoatıcı olayının zirehli texnikasının və hərbi heyətinin dəstəyi ilə Xocalı şəhərinə girdiyi və Xocalı soyqırımını törətdiyi gündür.1992-ci il 26 fevrala qədər Xocalı şəhərinin 7 min əhalisi var idi.Soyqırım nəticəsində 613 dinc sakin vəhşicəsinə qətlə yetirildi,1000 nəfər sakin əlil oldu,25 uşaq hər iki valideynini itirdi.Faciə baş verən gecə 1275 nəfər əsir götürüldü və daha nələr....!!!Hücumdan əvvəl ,yəni fevralın 25-də axşam saatlarınnda şəhər toplardan və ağır artileriyalardan atəşə tutuldu.Hücum nəticəsində yurdlarından didərgin düşən Xocalı sakinləri Azərbaycanın 48 rayonunda məskunlaşmışdır. Azərbaycan xalqı və onun dövləti Xocalı faciəsinin unutmur və unutmayacaqdır!

 

 

https://youtu.be/Gko_84NW_tw?si=ZeinFHCAo9XDbAQc

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi