"Azərbaycan dili və İncəsənəti" adlı yarış

Bakı Şəhəri Sabunçu rayonu Telman İsgəndərov adına 142 nömrəli tam orta məktəbdə 20.02.2024 tarixində VI siniflər arasında "Azərbaycan dili və İncəsənəti" adlı yarış keçirildi. Yarışda iştirak edən komandalar Azərbaycanın incəsənəti, musiqisi, dili mövzusunda suallara cavab verdilər. Çox maraqlı və həyəcan dolu yarışmada qalib - 6b sinfinin "Üzeyir Hacıbəyov" komandası oldu kubok və diplomla təltif olundu.Digər iştirakçılara sertifikatlar təqdim olundu.

Yarışda iştirak edən şagirdlərin bilik və bacarıqlarını, dünyagörüşünü münsiflər heyəti-məktəbin direktor əvəzi Təhminə Mahmudova , təlim tərbiyə işləri üzrə direktor müavini Şəhla Əmirova , hərbi rəhbər Mahir Qocayev, Psixoloq Gülsarə Hüseynova, uşaq birliyi rəhbəri Mehriban Ağayeva

Layihə rəhbəri, musiqi müəllimi Məhbubə İskəndərova qiymətləndirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi