"Biz Mübarizik" adlı hərbi bilik yarışması

Bakı şəhəri Sabunçu rayonu Telman İsgəndərov adına 142 nömrəli tam orta məktəbdə 05.02.2024-cü il tarixdə Mübariz İbrahimovun doğum gününə həsr olunmuş 10-cu siniflər arasında Hərbi bilik yarışması keçirilmişdir. Yarışın münsiflər heyəti Direktor əvəzi Mahmudova Təhminə, Fiziki tərbiyə müəllimi Samir Mehdiquliyev, məktəbin psixoloqu Gülsarə Hüseynova, şagirdlərin hərbi bilik və bacarıqlarını qiymətləndirmiş, fərqlənən komandaya və iştirakçılara medal və hədiyyələr təqdim olunmuşdur. Bu yarışmanı təşkil etdiyinə görə məktəbin hərbi rəhbəri, Qarabağ döyüşləri Veteranı Qocayev Mahir müəllimə təşəkkür edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi