VIII sinif şagirdləri arasında "Breyn-Rinq"psixo-intellektual oyunu

25 .12. 2023-cü il tarixində məktəbin psixoloqu Gülsarə Hüseynovanın təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubleyinə həsr olunmuş VIII sinif şagirdləri arasında "Breyn-Rinq"psixo-intellektual oyunu keçirildi."Breyn-Rinq" yarışmasında məktəbin direktor əvəzi Təhminə Mahmudova, təlim-tərbiyə işləri üzrə direktor müavini Şəhla Əmirova,Kitabxana müdiri Nuranə Qulamova,UBTR Mehriban Ağayeva,sosial-pedaqoq Rəsmiyyə Quliyeva və məktəbin müəllimləri Sevinc Əliyeva, Elməddin Əhmədov iştirak etdilər.

"Breyn-Rinq" yarışmasının keçirilməsində əsas məqsəd şagirdlərin dünyagörüşünü, həyati bacarıqlarını inkişaf etdirmək, ictimai həyat üzrə fəallığını artırmaq,gələcək illərdə qarşılaşacaqları müxtəlif sahələr üzrə dərin baxışlarını formalaşdırmaq və onların psixo-emosional vəziyyətinin yaxşılaşdırılmasını təmin etməkdir.

Məktəbin direktor əvəzi Təhminə Mahmudovanın yarışmanı açıq elan etməsilə, VIII sinif şagirdləri arasında çox maraqlı və həyəcanlı mübarizə başladı.Yarışmada şagirdlərə anaqram, atalar sözləri və s.olmaqla müxtəlif dünyagörüş tipli suallar təqdim edildi."Breyn-Rinq psixo-intellektual oyun üzrə 8"a"Melanxoliya,8"b"Proqress,8"c"İdrak, 8"ç"Təfəkkür,8"d"Optimist komandalarına ayrıldı.Mübarizənin sonunda Birinci yeri 8"c"sinfi tutaraq, "Breyn-Rinq" yarışmasının qalibi oldu.Yarışmanı 8"a" sinfi ikinci,8"ç"sinfi üçüncü yerdə tamamladı.

Məktəbin direktoru Təhminə Mahmudova "Breyn-Rinq" yarışmasında mübarizə aparmış bütün siniflərə uğurlar arzulayaraq, "Breyn-Rinq" yarışmasının tez-tez keçirilməli və bu ənənənin gələcək illərdə də davam etdirilməli olduğunu qeyd etdi.Sonda şagirdlər Diplom və Təşəkkürnamə ilə təltif olundu,xatirə şəkili çəkdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi