"Narkotikə yox deyək"

Bakı şəhəri Sabunçu rayonu Telman İsgəndərov adına 142 nömrəli tam orta məktəbdə 15.12.2023-cü il tarixdə "Narkotikə yox deyək" adlı tədbir keçirildi. Tədbiri məktəbin direktoru Mahmudova Təhminə açaraq qonaqları təqdim etdi. Rəsmi qonaqlar Sabunçu rayon Polis İdarəsinin rəisi Polis polkovniki Cavid Muradov, Sabunçu rayon İcra hakimiyyətinin nümayəndəsi Ədalət müəllim, Polis polkovnik - leytenantı Sadiq Həsənov, polis kapitanı Bəxtiyar Abbasov, polis mayoru Ata Atayevin iştirakı ilə məktəbin fəal şagirdlərinin hazırladığı tamaşaya və videomateriallara baxıldı. Fəal şagirdlər təltifnamələr və hədiyyələrlə mükafatlandırıldılar

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi