Türkmənçay müqaviləsi ilə əlaqədar "Dəyirmi masa" keçirilmişdir

Türkmənçay müqaviləsi ikinci Rusiya-İran müharibəsi nəticəsində 1828-ci il 10 fevralda Rusiya ilə İran arasında Türkmənçay kəndində bağlanmış müqavilə olub.Bu gün Sabunçu rayonu Telman İsgəndərov adına 142 nömrəli tam orta məktəbdə bu müqaviləylə əlaqədar "Dəyirmi masa" keçirilmişdir. Məktəbin tarix müəllimi Mehdiyev Mirrəşid bu müqaviləyə əsasən Azərbaycanın Araz çayından şimaldakı bütün ərazilərinin Rusiyanın, cənubdakı ərazilərin isə İranın əlinə keçdiyini qeyd etdi. "Dəyirmi masa" iştirakçıları müqavilənin imzalanmasında rus yazıçısı Qriboyedov və Azərbaycan mütəfəkkiri A.A.Bakıxanovun da iştirak etdiyini söylədilər. Şimali Azərbaycan torpaqlarının Rusiyaya qatıldığını və indiki faciələrimizin əsasının hələ o zamanlar qoyulduğunu və bu müqavilənin xalqımızın taleyində qara bir ləkə olduğunu qeyd etdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi