Məktəbdə 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə idman yarışı keçirildi.

Bakı şəhəri üzrə Təhsil İdarəsinin müvafiq əmrinə əsasən  təhsilalanların sağlamlıqlarının möhkəmləndirilməsi, fiziki inkişafının təmin edilməsi, onlarda müsbət emosiyaların dayanıqlı olması, idman və bədən tərbiyəsinin inkişafı, bu sahədə kütləviliyin təmin edilməsi istiqamətində davamlı və məqsədyönlü işlər aparılması göstərilir.
Şagirdlərin idmana olan marağının artırılması, sağlam həyat tərzinin təbliği məqsədilə 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü ərəfəsində 27 fevral – 3 mart 2023-cü il tarixində ümumi təhsil müəssisələrində idman həftəsinin keçirilməsi məqsədəuyğun hesab edilmişdir.
Bununla əlaqədar Sabunçu rayonu Telman İsgəndərov adına 142№ li tam orta məktəbdə 4- cü siniflər arasında " Yarışaq, oynayaq,əylənək " adlı yarış keçirilmişdir. Yarışda 4a sinfi  l yerə, 4 d sinfi ll yerə, 4 ç sinfi lll yerə layiq görülmüşdür.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi