2ç sinfində dərs "Xocalı Soyqırımı" xalqa qarşı zorakılıq mövzusuna həsr edildi.

Sabunçu rayonu Telman İsgəndərov adına 142 nömrəli tam orta məktəbin 2ç sinfində dərs "Xocalı Soyqırımı" xalqa qarşı zorakılıq mövzusuna həsr edildi. 
Müəllim: Amanlı Səbinə şagirdlərə "zorakılıq" sözünün mənasını izah etdi. Daha sonra "soyqırmı" sözünün izahını verdi.
  Soyqırımı hər hansı bir xalqın, irqin və ya dinin düşünülmüş və davamlı şəkildə tam və ya qismən məhv edilməsidir. Bu, kütləvi zorakılıq formasıdır. Genosit sözü ilə sinonimdir. Yəni, eyni mənanı daşıyır.
   31 il əvvəl fevralın 25- dən 26-na keçən gecə erməni silahlı dəstələri tanklar və əsgərlərin köməyi ilə Xocalı şəhərini zəbt etdilər və dinc əhaliyə divan tutdular. Çox vaxt bu barədə danışanda "faciə" sözünü də işlədirlər. Faciə-dəhşətli,ağır nəticəli hadisə, fəlakət, müsibət, bədbəxtlik deməkdir. Faktlara diqqət edin. Bu qırğının nəticəsində 613 nəfər həlak olmuşdur, onlardan 63 nəfəri uşaq idi. 8 ailə tamamilə məhv edilmişdir. 25 uşaq hər iki valideynini itirmişdir. Xeyli sayda insan yaralanmışdır, onlardan 76 nəfəri uşaq idi, 1000 nəfərdən çox insan əsir götürülmüşdür. 150 nəfər itkin düşmüşdür. Dövlətin və əhalinin əmlakına külli-miqdarda ziyan vurulmuşdur. Bu, doğurdan da faciə idi. Kiçik qruplarda şagirdlər "Xocalı Soyqırımına aid təqdimatları işlədilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi