142 № li tam orta məktəbdə " Gənclər siyasətində Heydər Əliyevin rolu" mövzusunda " Dəyirmi masa " keçirildi.

2 Fevral - Azərbaycan Gəncləri Günü ilə əlaqədar Sabunçu rayonu Telman İsgəndərov adına 142 № li tam orta məktəbdə " Gənclər siyasətində Heydər Əliyevin rolu" mövzusunda " Dəyirmi masa " keçirildi. Tədbirdə iştirak edən IX-X-XI sinif şagirdləri 1988 - 1993 cü ilə qədər ölkədə gənclərin ictimai- siyasi proseslərdən kənarda qalmasından, Heydər Əliyevin yenidən xalqın tələbi ilə hakimiyyətə qayıtmasından sonra vəziyyətin kökündən dəyişməsini qeyd etdilər.Ümummili lider ilk görüşünü məhz gənclərlə keçirmişdi.

Məktəb Gənclər Təşkilatının sədri Elnur Əliyev çıxış edərək Gənclərimizin bir fərd,əsl Azərbaycan vətəndaşı kimi formalaşmasında Ümummilli lider Heydər Əliyevin danılmaz , əməyi , misilsiz xidmətləri olduğunu qeyd etdi.Ulu Öndərin zəngin və möhtəşəm dövlətçilik fəaliyyətində Gənclər siyasətinin hər zaman xüsusi yer tutduğunu söylədi.

Məktəb şagird Parlamentinin spikeri Məmmədxanlı Nailə çıxış edərək 1995 ci ildə Azərbaycan Gənclərinin Forumunun məhz Ulu Öndər Heydər Əliyev tərəfindən irəli sürüldüyünü qeyd etdi.Beləliklə 2 Fevral 1996 - cı ildə gənclərin I Forumu keçirildi.1997 - ci ildə Ulu Öndər 2 Fevral- Azərbaycan Gəncləri Gününün elan edilməsi haqqında Sərəncam imzaladığını söylədi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi