Məktəbdə 8 Noyabr - Zəfər Günü ilə əlaqədar möhtəşəm tədbir keçirildi.

Tədbiri giriş sözü ilə məktəbin direktoru Gülnaz Abdullayeva açdı. Azərbaycan Respublikasının Dövlət Himni səsləndi. I Qarabağ, Aprel döyüş lərində,II Qarabağ müharibəsində həlak olan şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. G.Abdullayeva 44 günlük müharibədə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıqlardan söhbət açdı.

Bədii hissədə məktəbin müəllimlərdən təşkil olunmuş " Xarıbülbül " xorunun ifasında " Qarabağ"," Yaşa Azərbaycan" mahnıları səsləndi.

Şagirdlərin ifasında " Xudayar təsnifi, " Qarabağ Azərbaycandır ", mahnıları səsləndi ,Zəfər Gününə aid şeirlər söylənildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi