Hesabat-seçki yığıncağı keçirildi

Sabunçu rayonu Telman İsgəndərov adına 142 nömrəli tam orta məktəbdə Gənclər təşkilatının hesabat-seçki yığıncagı keçirildi.Yığıncaq Azərbaycan Respublikasının Dövlət Himni ilə açıldı.

Yığıncağda keçən tədris ilində sədr olmuş məzun Mirəliyev Kamal hesabat məruzəsi ilə çıxış etdi.Keçən tədris ilində Gənclər təşkilatının apardığı işlər,Gənclərin Şəhidlər xiyabanına , II Fəxri xiyabanına , Ulu Öndərin məzarına dəfələrlə ziyarət etdiyini, "Şahin"hərbi idman oyunlarının Bakı birinciliyində III yerə layiq görülməsindən söz açdı."Şuşa ili"ilə əlaqədar gənclər təşkilatının sərgilər təşkil etdiyini, gənclərin zərərli vərdişlərdən uzaq durması məqsədilə "Gənclər Narkomaniyaya yox" deyir mövzusunda tədbirdə fəal iştirak etdiyini vurğuladı.

Məktəbin XI c sinif şagirdi Əliyev Elnur səs çoxluğu ilə Gənclər təşkilatının sədri seçildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi