26 iyun - Azərbaycan Ordusu günü münasibətilə müəllimlər və " Şahin " hərbi- idman oyunlarının qalib komandasının iştirakı ilə açıq havada çay süfrəsi ətrafında tədbir keçirildi.

Sabunçu rayonu Telman İsgəndərov adına 142 nömrəli tam orta məktəbdə 26 iyun - Azərbaycan Ordusu günü münasibətilə müəllimlər və " Şahin " hərbi- idman oyunlarının qalib komandasının iştirakı ilə açıq havada çay süfrəsi ətrafında tədbir keçirildi. Tədbirdə giriş sözü çıxış edən məktəbin direktoru Gülnaz Abdullayeva Silahlı Qüvvələrin yaranma günündən danışdı.Heydər Əliyevin ikinci dəfə xalqın tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra ordu quruculuğunda gördüyü misilsiz xidmətlərindən danışdı.

Tədbirdə həmçinin Azərbaycan Respublikası Prezidenti ,Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə Azərbaycan Ordusunun 44 günlük qısa dövr ərzində qazandığı Zəfər döyüşlərindən söhbət açıldı.

Tədbirdə çıxış edənlər Azərbaycan Ordusunun keçdiyi tarixi yoldan danışıb, bütün Azərbaycan Ordusunu Ali Baş Komandan İlham Əliyev başda olmaqla təbrik etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi