Məktəbdə "Narkomaniyaya yox deyək!" adlı tədbir keçirildi.

Tədbiri giriş sözü ilə məktəbin direktoru əməkdar müəllim G.F. Abdullayeva açıq elan etdi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndi. Narkomaniyanın fəsadlarına həsr olunmuş video-çarx nümayiş olundu.

Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin birinci müavini Güloğlan Məmmədov, Sabunçu Rayon Polis idarəsinin rəisi polis polkovniki Cavid Muradov, Bakı şəhər BPİ-nin İdarəsinin Yetkinlik Yaşına Çatmıyanlarla Profilaktiki İşin Təşkili Bölməsinin baş inspektoru polis polkovnik-leytenantı Kəmalə Ələkbərova, Sabunçu RBİ-in 14-cü PB-nin rəisi polis polkovnik-leytenantı Tural Məşədiyev, Sabunçu Rayon Polis İdarəsinin Yetkinlik Yaşına Çatmıyanlarla Profilaktiki İşin Təşkili Bölməsinin rəisi polis kapitanı Ata Atayev, Sabunçu Rayon Polis İdarəsinin Narkomaniya ilə Mübarizə şöbəsinin şöbəsinin əməliyyat müvəkkili polis baş leytenantı Elton Məmmədov, Azərbaycan Respublikasının Narkoloji Mərkəzinin Həkim Narkoloqu Zamin Əliyev iştirak etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi