9-cu siniflərdə oxuyan şagirdlərin valideynləri ilə məktəb rəhbərliyinin görüşü keçirildi

26 oktyabr 2016-cı il tarixində məktəbin "Fəaliyyət planı"na uyğun olaraq 9-cu siniflərdə oxuyan şagirdlərin valideynləri ilə məktəb rəhbərliyinin görüşü keçirildi. İclas zamanı məktəbin direktoru valideynlərə zəruri olan məlumatları çatdırdı. Belə ki, 9-cu siniflərin keçən dərs ilindəki nəticələri müzakirə olundu. Həmçinin 9-da oxuyan şagirdlərin buraxılış imtahanlarına hazırlıq mərhələsi haqqında geniş məlumat verildi. Ana dilindən keçirilən monitorinqin nəticələrinin müzakirəsi oldu. İmtahanlara hazırlıq zamanı şagirdlərin daha çox çalışmaları üçün məktəb valideyn əlaqələrinin daha da genişləndirilməsi məqsəd kimi qarşıya qoyuldu. Daha sonra valideynlərin irad və təklifləri dinlənildi. Bir sıra məsələlər nəzarətə götürüldü.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi