Milli Qəhrəman Arif Məhərrəmovla görüş

Sabunçu rayonu 142 saylı tam orta məktəbdə 20 Yanvar faciəsinin şahidi olmuş, Qarabağ uğrunda gedən döyüşlərdə könüllü iştirak etmiş qəhrəman Arif Məhərrəmovla görüş keçirilmişdir. Görüşdə Arif Məhərrəmov keçdiyi ağır həyat və döyüş yolundan danışmış, şagirdlərə tövsiyyələr vermişdir. 1990-cı ilin 20 Yanvar faciəsi zamanı sovet imperiyasına qarşı kəskin çıxışları, dövlətimizin atributu olan üçrəngli bayrağımızın ayaqlar altına salınmasına qarşı çıxması onu sovet imperiyasının ağır işkəncələrinə məruz qoymuşdur. 1992-ci il fevral ayının 26-na keçən gecə baş vermiş Xocalı hadisələrində o "Qara Qara" deyilən ərazidən sağ qalan Xocalı əhalisini - qocaları, qadınları, uşaqları mühasirədən çıxarmağa kömək etmişdir. Ulu öndər Heydər Əliyev onun haqqında demişdir: - "İctimaiyyətdə canlı qəhrəman görmək istəsəniz yalnız Arifi görün". Tədbirin sonunda şagirdlər şeir söyləmiş, Vətənə aid mahnılar oxumuş, Milli Qəhrəman Arif Məhərrəmovla xatirə şəkili çəkdirmişlər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi