"Ailə Akademiyası" layihəsi çərçivəsində tədbir keçirilmişdir

Azərbaycan Respublikası Təhsil Nazirliyi və Bakı şəhər Tİ-nin razılığı ilə "Aydınlığa doğru" milli-mənəvi dəyərlərin qorunması İctimai birliyinin əməkdaşları Sabunçu rayonu Telman İsgəndərov adına 142 saylı tam orta məktəbdə "Ailə Akademiyası" layihəsi çərçivəsində tədbir keçirmişdir. Tədbirdə professor, əməkdar elm xadimi Şahlar Əsgərov, "İki sahil" qəzetinin əməkdaşı, "Təhsil" cəmiyyətinin nümayəndəsi Taleh Şahməmmədov, "Pətək" ictimai birliyinin sədr müavini Sevinc Quliyeva iştirak etmişlər.Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Gülnaz Abdullayeva qonaqları salamladı.Çıxış edənlər milli-mənəvi dəyərlərimizin qorunmasında ailənin rolundan danışmışlar. Layihənin əsas məqsədi haqqında məlumat verilmiş, cəmiyyətdə ailə dəyərlərinin qorunması, gəclərin gələcək ailə həyatına hazırlanması, valideyn-övlad münasibətlərinin tənzimlənməsi istiqamətində maarifləndirmə işlərinin aparılmasının vacibliyi vurğulanmışdır.Tədbirin sonunda Şahlar Ələsgərov şagirdlərin suallarına cavab vermişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi