“Narkomaniyaya yox deyək” mövzusunda tədbir

Sabunçu rayonu Telman İsgəndərov adına 142 saylı tam orta məktəbdə “Təhsil müəssisələrində tərbiyə işinin təkminləşdirilməsi ilə əlaqədar, Bakı şəhəri üzrə Təhsil İdarəsinin 2015-ci il üçün Fəaliyyət Planına uyğun olaraq “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair (2013-2018) dövlət proqramlarının icrası ilə bağlı “Narkomaniyaya yox deyək” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə məktəbin IX – X – XI sinif şagirdləri, yetkinlik yaşına çatmayanların baş inspektoru, polis mayoru Rafiq İsmayılov, 14-cü polis bölməsinin yetkinlik yaşına çatmayanların inspektoru, polis leytenantı Sərxan Məmmədov iştirak etmişdir. Məktəbin direktoru, Azərbaycan Respublikasının “Əməkdar müəllimi” Gülnaz Abdullayeva çıxış edərək zərərli vərdişlərin insan orqanizminə mənfi təsirindən danışdı. Polis işçiləri şagirdlərin verdiyi suallara ətraflı cavab verdilər. Tədbirin sonunda şagirdlərin əl işlərindən ibarət rəsm sərgisi nümayiş etdirilmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi