Sabunçu rayonu Telman İsgəndərov adına 142 nömrəli tam orta məktəbdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş "Heydər Əliyev və Azərbaycan təhsili" mövzusunda onlayn tədbir keçirildi.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Azərbaycan Respublikasının Əməkdar Müəllimi Gülnaz Abdullayeva Ulu Öndərin Azərbaycan Kommunist Partiyası Mərkəzi Kommitəsinin 1-ci katibi işlədiyi dövrdə başlayaraq 2-ci dəfə hakimiyyətə qayıdışından sonra Azərbaycanda təhsil sahəsində apardığı uğurlu siyasətdən danışdı. 1999-cu ildə əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan "Təhsil İslahatı Proqramı"nın onun siyasi kursunun layiqli davamçısı İlham Əliyev tərəfindən bu gün də layiqincə davam etdirilməsi vurğulandı. Çıxış edənlər məktəbin təlim tərbiyə işləri üzrə direktor müavini Mehriban Quliyeva, tərbiyə işləri üzrə direktor müavini Aygün Fərzəliyeva Ulu Öndərin Azərbaycan təhsilində gördüyü dəyərli və misilsiiz işlərdən söhbət açdılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi