NOVRUZ BAYRAMİNA HƏSR OLUNMUŞ TƏDBİR

16 mart saat 2:00 tarixində məktəbin həyətində Novruz şənliyi keçirildi. Şənlikdə Sabuncu rayonunun İcra hakimiyyəti başçısı Adil Vəliyev cənabları, Sabunçu rayonunun dövlət idarə başçıları, ətraf qəsəbələrin icra numayəndələri, bələdiyyə sədrləri, Bilgəh qəsəbəsinin idarə rəhbərləri iştirak etdilər. Məktəbin direktoru əməkdar müəllim G.F Abdullayeva tədbiri açıq elan elədi. Qonaqları əllərində xonça tutmuş milli paltarlı qızlar və Bahar qızı qarşıladı. Novruz tonqalını İcra hakimiyyəti başçısı Adil Vəliyev alışdırdı. Daha sonra tədbir iştirakçılarını təbrik etdi. Xalqımıza səadət, əminamanlıq arzuladı.Tədbirdə məktəbin istedadlı şagirdləri çıxış elədilər. Novruz ənənələrini davam etdirərək haxişta söylədilər. Məktəbin idmançı gəncləri öz məharətlərini göstərdilər. Müğənnilərin ifa etdikləri xalq mahnıları,Novruzun simvolu keçəl və kosa məclisə yaraşıq verdi.Şagirdlər Bahara aid şeir, mahni ,bayati söylədilər, rəqs etdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi