Şəhidlər ölməz, Vətən bölünməz

İsgəndərov Telman Nadir oğlu Ağdərə uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla həlak olmuşdur. 2019-cu  ildə məktəbin ən fəal 2 a sinfinə ( Müəllim Novruzova Bənövşə) şəhidin adı verilmişdir. Bu gün şəhid Telman İsgəndərovun anım günüdür.Bu münasibətlə 3 a sinfinin iştirakı ilə məktəbin akt zalında tədbir keçirildi. Şagirdlər əvvəlcə Telman İsgəndərovun məktəbin həyətində ucaldılmış büstü önünə tər çiçəklər düzdülər. Məktəbin akt zalında şəhidlərin xatirəsi bir dəqiqəlik  sükutla yad edildi. Müəllim Bənövşə Novruzova şəhidin keçdiyi həyat və döyüş yolu haqqında məlumat verdi. Şagirdlər səhnəcikdə Telman obrazını canlandırdılar. Şeirlər söyləyib, Vətənpərvərliyə aid mahnılar oxudular. Tədbirin sonunda şagirdlər Telman kimi Vətəni sevməyə, qorumağa and içdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi