2 Fevral- Gənclər Günü qeyd olundu

2 Fevral Azərbaycanda Gənclər Günü kimi qeyd olunur. Bu münasibətlə Sabunçu rayonu Telman İsgəndərov adına 142 nömrəli tam orta məktəbdə "Dəyirmi masa"  keçirildi. Tədbirdə çıxış edən 10-11-ci siniflərin fəal şagirdləri  bu günün 1997-ci ildə Ulu Öndər Heydər Əliyevin sərəncamı ilə təsdiq olunduğunu  qeyd etdilər.

Heydər Əliyev gəncliyə böyük diqqət və qayğı göstərirdi. Gənclər günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd olunub. Dünyada yalniz 1998-ci ilin  avqustun 8-dən 12-dək Lissabonda keçirilən Konfransda BMT-nin qərarı ilə avqustun  12-si Gənclər günü  elan edilmişdir.

Gənclər "Dəyirmi masa"da  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin gənclərə göstərdiyi qayğıdan, daima onların yanında olmasından, onlara böyük inam bəslədiyindən danışdılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi