"Nə? Harada? Nə zaman?" İntellektual yarışması keçirildi

   Bakı Şəhəri üzrə Təhsil İdarəsi Həmkarlar İttifaqı Komitəsi 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə məktəb direktorları üçün "Nə? Harada? Nə zaman?" İntellektual yarışması keçirdi. "İntellekt" komandasını 142 nömrəli tam orta məktəbin direktoru Gülnaz Abdullayeva (komandanın kapitanı), 142 nömrəli tam orta məktəbin direktor müavini Mahir Qocayev, 209 saylı tam orta məktəbin direktoru Arizə Mahmudova, 155 saylı tam orta məktəbin direktoru Ruhiyyə İbrahimova, 198 saylı tam orta məktəbin direktoru, Şəlalə Nadirova, 75 saylı tam orta məktəbin direktoru Həqiqət Bayramova təmsil edirdi. "İntellekt" komandası III yerə layiq görülərək Diplom və hədiyyələrlə mükafatlandırıldılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi