"Valideynin məktəbdə bir günü" adlı tədbir keçirildi

   Valideynin övladlarının təhsil aldıqları müəssisə ilə yaxından tanışlığı məqsədi ilə səmərəli platformanın yaradılması, təhsil siyasətinin həyata keçirilməsində aktiv iştirakının təmin olunması, tədris prosesinin təşkilinin təkmilləşdirilməsi istiqaməti üzrə rəy və təkliflərinin əldə edilməsi, qeyri-formal mühitdə məktəbin inzibati, pedaqoji heyəti və texniki işçi kollektivi ilə səmərəli ünsiyyət platformasının yaradılması məqsədilə Sabunçu rayonu Telman İsgəndərov adına 142 nömrəli tam orta məktəbdə "Valideynin məktəbdə bir günü" layihəsi əsasında görüş keçirildi. Valideynlər bütün siniflərdə tədris prosesi ilə tanış oldular, dərs dinlədilər. Məktəbin dəhliz və muzeylərində oldular. İbtidai sinif şagirdlərinin əl işlərindən ibarət "Qış nağılı" adlı sərgisinin eksponatları ilə tanış oldular. Məktəbin akt zalında dərs dinləmələrin müzakirəsi keçirildi. Valideynlər təklif və iradlarını bildirdilər. Tədbirin sonunda konsert proqramına tamaşa etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi