"Narkomaniya əsrin bəlasıdır" mövzusunda tədbir keçirilmişdir

20 aprel 2016-cı il tarixində Sabunçu rayonu Telman İsgəndərov adına 142 saylı tam orta məktəbdə "Narkomaniya əsrin bəlasıdır" mövzusunda tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə məktəbin direktoru, Azərbaycan Respublikasının əməkdar müəllimi Gülnaz Abdullayeva açdı. Narkotik maddələrin təkcə onu qəbul edən adamı məhv etmədiyini, onun ailə üzvlərinin də sağlamlığına mənfi təsir göstərdiyini qeyd etdi. Tədbirdə Sabunçu rayonu İcra Hakimiyyətinin narkotiklərlə mübarizə üzrə komissiyasının məsul katibi Səbahət Hünbətova, Sabunçu RPİ-nin yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili bölməsinin rəisi, polis mayoru Əli Babayev, Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət komissiyasının işçi qrupunun rəhbər müavini Vasif Quliyev, Bakı şəhəri üzrə Təhsil İdarəsinin metod-kabinetinin direktoru Vahid Qurbanov, Təhsil İdarəsinin işçiləri, polis əməkdaşları iştirak etdilər. Məktəbin şagirdlərinin təqdimatında şeirlər söylənilmiş, vətənpərvərlik mahnıları oxunmuşdur.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi