Şagirdlərimiz qalib oldular!

   "Şagirdlərin fərdi inkişaf dinamikasının izlənilməsi" layihəsi üzrə BŞTİ tərəfindən məktəbimizə təyin olunmuş kuratorlar Həmidova İlahə və Alıyeva Aynurə müəllimələrinin təşkilatçılığı ilə məktəbimizin 10a, 10b sinif şagirdləri ADA Universitetində Proqramlaşdırmaya yönələn təlimdə iştirak etdilər. Şagirdlər Code org ilə kodlamalar etdilər. Codlamalarda seçilən və fəallıq göstərən şagirdlərimiz ADA universitetinin hədiyyələri ilə mükafatlandırıldılar. Təlim şagirdlərimiz üçün əsil motivasiya oldu. Şagirdlərimiz Universitetdən xoş təəssüratlarla məktəbə gələrək artıq codlama ilə bağlı şagirdlərarası yarış planlaması etməyi belə düşünürlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi