Zərərli vərdişlər sağlamlığa qəsddir

Yaşadığımız dövrdə insanların bir çox zərərli vərdişləri olduğu hamımıza məlumdur. Spirtli içkilər, narkotik maddələr, siqaret və s. buna misal ola bilər. Bəziləri siqaret çəkərkən hər hansı bir problemini unutmaq, bəziləri isə sadəcə həzz almaq istəyir. Başqa bir qrup insanlar isə evdə yaşca böyüklərdə görür və bunu təkrarlayır. Tütünün insan orqanizminə ziyanları haqqında şagirdləri məlumatlandırmaq məqsədilə məktəb psixoloqları və biologiya müəllimləri 8-ci siniflərdə qızlar və oğlanlarla ayrı-ayrılıqda söhbət aparıb.

Siqaretin insan sağlamlığına vurduğu zərərlərdən bəzilərinə diqqət edəndə isə, aparılan araşdırmalara əsasən, siqaret tüstüsündə 4000-dən çox zərərli maddə olduğunu və bu maddələrin bir qisminin xərçəng xəstəliyinə birbaşa səbəb olduğunu görürük.

Sağlamlıq, başqa sözlə desək sağlam can insana verilir ki, onu qoruyasan. Bəzilərimiz isə bizə borc olaraq verilmiş canı qorumaq əvəzinə onu zərərli vərdişlərlə məhv edirik. Zərərli vərdişlər sağlamlığa qəsddir,amma bir yer var ki, orda hamımız dayanırıq. O zamansa bəzən çox gec olur və düzəldiləcək heç bir şey qalmır.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi