Şagirdlərin təhlükəsizliyi ilə əlaqədar pedaqoji iclas keçirildi

Son günlər ümumi təhsil müəssissələrində təhsil mühitinə mənfi təsir edən halların baş vermə ehtimalları artır.

Bu halları nəzərə alaraq, təhsil müəssisəsində təhlükəsizliyin təminatı və sağlam mənəvi - psixoloji mühitin formalaşması məqsədilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin tapşırığı əsasında iclas keçirildi.

İclasda məktəbin pedaqoji heyəti və valideynlər iştirak etdi. İclasda bir çox məsələlər müzakirə olundu. İlk öncə valideyn məsuliyyətinin artırılması, məktəbdə uşaqların təhlükəsizliyinin təminatı, psixoloji xidmətin təşkili, psixoloqların hesabatlarının dinlənilməsi, müəllimlərin etik davranış qaydalarına riayət olunması qərarı verildi. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi