Qalib AZƏRBAYCAN, azad QARABAĞ!

Azərbaycan bu gün çoxəsrlik tarixinin ən Şanlı və qüdrətli dövrünü yaşayır. Zəfər Gününün doğurduğu milli qürur hissindən insanın hansı duyğular keçirdiyini, nə qədər fərəhləndiyini sözlə ifadə etmək olmur. QALİB ölkənin vətəndaşı olmaq olduqca qürurvericidir. Bizə bu qürurlu tarixi anları yaşadan ölkə Prezidenti cənab İlham Əliyevin, Müzəffər Azərbaycan Ordusunun böyük Qələbə müjdəsi xalqımızın qəlbində əbədi qəhrəmanlıq dastanına çevrilib. 44 günlük Vətən müharibəsi göstərdi ki, xalqımız nə qədər qüdrətli, mətin, torpağını sevən bir xalqdır. Öz qanları ilə tarix yazan Şəhidlərimiz rahat uyuya bilərlər. Onların bizə miras qoyub getdiyi Qalib Azərbaycan gündən-günə çiçəklənir, güclənir. Elə Zəfər Günü ərəfəsində sevinc dolu anlarımızı bu şanlı tarixi-siyasi prosesləri , həmin günləri dəqiqə-dəqiqə, saat-saat yaşayan elm, təhsil, mədəniyyət nümayəndələri, şagirdlər açıq dərslərdə, tədbirlərdə nümayiş etdilər

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi