Zəfərin mübarək, Azərbaycan

Bir payız günündə sanki Günəş daha parlaq şəfəq saçdı və həmin an gəldi... Artıq neçə il idi ki, işğalda olan torpaqlarımız igid oğlanlarımızın, ordumuzun və bu ordunun Müzəffər Ali Baş Komandanının şücaəti, qətiyyəti ilə geri alındı. Tariximizə yeni bir Qələbə, Zəfər yazıldı. Amma biz bu qələbəni asan qazanmadıq. 44 gün davam edən haqq savaşında qəhrəmanlarımız bir an belə ruhdan düşmədən, geri çəkilmədən, yüksək ruhla mübarizəni davam etdirdilər. Biz müharibənin davam etdiyi 44 gündə də, böyük Zəfərin elan olunmasından keçən günlər ərzində də xalqımızın, ordumuzun nə qədər birlik, necə qüdrətli, hansı gücə malik olduğumuzun şahidinə çevrildik və bu ruh yüksəkliyini şagirdlərimizə də aşıladıq. Buna görə biz Müzəffər Ali Baş Komandana, onun rəhbərlik etdiyi qüdrətli Azərbaycan Ordusuna, qazilərə, qəhrəmanlıq və Vətən sevgisiylə əbədiyyətə qovuşan şəhidlərimizə borcluyuq!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi