"Dilimizi qoruyaq"

Ümumimilli liderimiz, Heydər Əliyev

“Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi kökləri vardır. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danişmağımla fəxr edirəm.

Biz- azərbaycanlıları, birləşdirən ən böyük dəyərlərimizdən biridir dilimiz. Ulu babalarımızın bizə miras qoyduğu bir xəzinədir dilimiz. Bu xəzinəyə sahib çıxmaq, onu qoruyub gələcək nəsillərə ötürmək isə hər birimizin borcudur. Böyük sənəktarlarımız dilin bir xalqın formalaşmasında önəmli rol daşıdığını öz bədii və elmi əsərlərində vurğulamışlar. Görkəmli şair Xəlil Rza Ulutürkün şeirlərindən bir parçanı yada salaq:

İllər ötdü, yaşa doldum,

Anladım ki, ana dilim,

Ürəyimdən çıxmaz mənim,

Doğransam da dilim-dilim.

"Dilimizi qoruyaq" şüarı altında silsilə tədbirlərimiz davam edir. Məktəbin rus bölməsinin 7-ci sinif şagirdləri çəkdikləri rəsmlərlə və yazdıqları esselərlə doğma Ana dilinə nə qədər dəyər verdiklərini və sevgilərini göstərdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi