Xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan onun dilidir

Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitədir. Ən sadə şəkildə desək, dil ünsiyyət vasitəsidir.
“Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Dil dövlət atributlarından biridir. Dil hər bir xalqın varlığının ən əsas, bəlkə də yeganə təminatçısıdır.
Bizim ən böyük sərvətimiz ondan ibarətdir ki, dilimiz illərdir yaşayır və zənginləşir. Azərbaycan ədəbi dilinin saflığına dövlətimiz tərəfindən daim qayğı göstərilir. Ədəbi dilin tərəqqisi olmadan mənəvi mədəniyyətin tərəqqisi mümkün deyildir. Xalqımıza ulu babalardan miras qalan bu ən qiymətli milli sərvətini göz bəbəyi kimi qorumaq, ona daim qayğı ilə yanaşmaq hər bir azərbaycanlının müqəddəs vətəndaşlıq borcudur.
Bu bir faktdır ki, Azərbaycan dilinin dövlət dili kimi qəbul edilməsi, qorunması və inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.
Məktəbin rus bölməsinin 4-cü sinif şagirdləri bu mövzuda kiçik tədbir hazırlamışlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi