“Reproduktiv sağlamlığın tədrisi”

Ümumi təhsil müəssisələrinin VIII-IX sinif şagirdləri arasında sağlam həyat tərzi və reproduktiv sağlamlıq, eləcə də erkən və qohumlararası nikahların qarşısının alınması məqsədilə maarifləndirmə işləri həyata keçirilib. Məqsəd “Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası”ndan irəli gələn məsələlərin icrasının təmin edilməsindən ibarətdir. Maarifləndirmə işləri yenidən təkmilləşdirilmiş “Ümumi təhsil müəssisələrinin VIII-IX siniflərində reproduktiv sağlamlıq mövzusunda məşğələlər üzrə metodiki vəsait” əsasında aparılıb.

Seminarlarda məktəblilərə reproduktiv sağlamlıq üzrə məlumatlar verilir, həmçinin, onlar sanitar-gigiyenik qaydalar, düzgün qidalanma və hər cür zərərli vərdişlərdən uzaq olmaq barədə maarifləndirilmişdir. Seminarlar çərçivəsində reproduktiv sağlamlığa dair videoçarxlar nümayiş olunmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi