Birincilərlə görüş

Həyəcan və qayğı dolu yeni dərs ili artıq başladı. Məktəbə ilk dəfə qədəm qoyacaq birincilər isə daha həyəcanlıdırlar. Bununla bağlı R.Ənnağıyev adına 141 saylı tam orta məktəbin direktor müavini Nigar Zeynalova, məktəbin psixoloqu Sevinc Atakişiyeva və ibtidai sinif müəllimləri 1-ci sinif şagirdlərinin valideynləri ilə görüş keçirmişdir. Görüşdə valideynlərə uşaqlarda məktəb, dərs kimi anlayışlara qarşı neqativ fikrin yaranmasının qarşısını almaq və onlarda həyatlarında yeni mərhələ olan məktəbə sevgi, dərsə həvəsin necə yaradılmasına dair tövsiyə və məsləhətlər verilmişdir. Sonda məktəbin pedaqoji rəhbərliyi valideynləri maraqlandıran suallara cavab vermişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi